Axtarış: 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
+  -  Çap 
Yerləşdirilib: 14.09.26 | Baxılıb: 1
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Avqustun 18-dən ölkəmizə böyük bir heyətlə Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə səfər etmiş İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi proqram çərçivəsində Qarabağ bölgəsini ziyarət edərək, işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma və bərpa işləri ilə tanış olmuşlar.

Daha sonra tədbir iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzini, Hərbi Qənimətlər Parkını, Fəxri Xiyabanı ziyarət etdilər. Qonaqlar İkinci Fəxri Xiyabanda milli qəhrəmanlar Mübariz İbrahimovun, Murad Mirzəyevin, general Polad Həşimovun və 44 günlük Vətən müharibəsində həlak olmuş Rəşad Zeynallı, Elşən Müslümov, Elvin İslamov, Sənan Abdullayev, Tural Zeynalov, Feyruz Hacılı, Cavid Həsənov, Yusif Nəcəfov və digər şəhidlərimizin məzarlarını ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdilər. Eyni zamanda qonaqlar Azərbaycanın ictimai-siyasi xadimi, jurnalist, millət vəkili Qənirə Paşayevanın da məzarını ziyarət etdilər. Tədbir ATXƏM İB-nin təşkil etdiyi ədəbi-bədii proqramla davam etdi. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov çıxış edərək rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq 15 sentyabrda Bakının işğaldan azad edilməsinin ildönümünü hər il bir bayram kimi qeyd etdiyini vurğuladı. İ. İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Nuru Paşanın rəhbərliyi altında Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasının tarixi əhəmiyyətini qeyd edib, misilsiz qəhrəmanlıqlarından danışdı. O, Azərbaycan-Türkiyə dostluq-qardaşlığına toxunaraq, qeyd etdi ki, iki ölkə arasındakı münasibətlər bütün dünya üçün bir örnəkdir. İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin sədri Səfər Karakoyunlu çıxış edərək, dərnək adından ATXƏM sədri İ.İsmayılova səmimi qarşılanma və qonaqpərvərliyə görə təşəkkürünü bildirdi, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının əbədi olduğunu qeyd etdi. Qonaqlar şəhid ailələrinə təşəkkürnamə və xatirə hədiyyələri təqdim etdilər. Tədbirin bədii hissəsində, xalq şairi Vahid Əziz, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və tanınmış aktyor Midhət Aydin çıxış etdilər. Tədbirdə Qafqaz İslam Ordusunun xilaskar missiyasının ildönümü ilə bağlı gələn qonaqların şərəfinə ziyafət verildi. ATXƏM İB-nin Mətbuat Xidməti

VIDEO
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
Türk dünyasının mədəni-humanitar inteqrasiyası üçün yol xəritəsi - 30.06.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo