İlqar İlkin: "Ortaq tarixi, keçmişi, ortaq ruhu paylaşdığımız bütün türk xalqları ilə bir can olaraq bütövləşmək bizim gələcəyimizi şəkilləndirən tək gerçək olacaq. Mən isə bu gerçəkliyə yalnız inanmıram, həm də onun üçün cəhd edirəm"
Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.
Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.