Fevralın 22-də Belçikanın Ghent şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı" mövzusunda tədbir keçirilib. Tədbirdə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də iştirak ediblər.
|