Artıq bir aydan çoxdur ki, Rusiya Ukraynada işğalçılıq siyasətini davam etdirir. Demək olar ki, müharibənin ağır nəticələrini yalnız Ukrayna deyil, bütün dünya hiss etməkdədir. Rusiya bu işğaldan dolayı bütün beynəlxalq qurumların qınaq obyektinə çevrilib, ölkə iqtisadi embarqolarla az qala defolt səviyyəsinə yaxınlaşıb.
|