|
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
|
Azərbaycan Respublikası bütün yaxın-uzaq ölkələrlə qarşılqılı faydalı əməkdaşlığa, ikitərəfli, eyni zamanda çoxtərəfli formatlarda ayrı-ayrı dövlətlərlə əlaqələri inkişaf etdirməyə üstünlük verir. Bakının xarici siyasətində Türk dünyası, türkdilli ölkələrlə əməkdaşlıq, bu əlaqələri istər Türk Dövlətləri Təşkilatı daxilində, istərsə də ikitərəfli formatda daha da inkişaf etdirmək prioritet təşkil edir. Bu məqsədlə Azərbaycan TDT-yə üzv ölkələrin hər biri ilə əməkdaşlığa, onu inkişaf etdirməyə xüsusi önəm verir. Elə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərinə dəvət olunması da məhz bu önəmdən, Bakının türk dünyası ilə əlaqələrə daha çox diqqət ayırmasından irəli gəlir.
|
Oxumaq
30.10.25
|
| |
|
|
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
|
"Son illər Azərbaycanda vətəndaş cəmiyyəti özünü sözün həqiqi mənasında inkişaf dövrünü yaşayır. İstər yerli, istərsə də beynəlxalq səviyyələrdə qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən tədbirlər, konfrans və forumlar Azərbaycanda vətəndaş cəmiyyətinin bir institut kimi formalaşması, onun aparıcı qüvvəyə çevrilməsinə öz müsbət təsirini göstərir. Bu mənada bu günlərdə Xankəndində keçirilən Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu da xüsusi əhəmiyyət daşıyır".
|
Oxumaq
30.10.25
|
| |
|
|
|
|
“Türk Şengeni” yaradılır - 14.10.2025
|
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə ərazisində yaşayan türk soylu xalqların nümayəndələri üçün imzaladığı qərar Şengen vizasına oxşar, ona bənzər bir sistem kimi qəbul edilə bilər. Düzdür, burada söhbət ölkələrarası sərbəst gediş-gəlişdən çox, əmək və peşə hüquqları üçün imkanlar yaradılmasından gedir. Bütün halda məlum qərar olduqca əhəmiyyətli, türk dünyası arasında inteqrasiyanı daha da sürətləndirəcək bir addımdır”.
|
Oxumaq
30.10.25
|
| |
|
|
|
|
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
|
“Ötən gün Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü türk dünyasının inteqrasiyası, birlik və bərabərliyin möhkəmləndirilməsi, eyni zamanda gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyan hadisə kimi tarixə düşdü. Qəbələ Zirvə Görüşünü həmçinin Türk dövlətlərinin ortaq gələcək baxışının daha da möhkəmləndirilməsi baxımından yeni bir mərhələnin başlanğıcı kimi də xarakterizə etmək mümkündür. Xüsusilə, dünyada katakilizmlərin, gərginliklərin olduğu dönəmdə Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, ortaq maraqlar ətrafında birləşmək və qlobal səhnədə vahid mövqe sərgiləmək olduqca vacibdir”
|
Oxumaq
30.10.25
|
| |
|
|
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
|
Bu gün ATXƏM İB-nin sədri İlham İsmayılov ailə üzvləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərimizin xatirəsini dərin ehtiramla yad etmişdir.
|
Oxumaq
30.10.25
|
| |
|
|
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
|
“Bu gün – 29 oktyabr Türkiyə Cümhuriyyətinin yaranması günüdür. 102 il əvvəl elan olunmuş Cümhuriyyət çətin və şərəfli bir yol qət edərək günümüzə qədər gəlib çıxıb. 1923-cü ildə Qazi Mustafa Kamal Atatürk və onun silahdaşlarının apardığı azadlıq mübarizəsinin nəticəsində əsası qoyulan Cümhuriyyət, türk millətinin azadlıq iradəsinin, birlik və bərabərlik duyğusunun ən böyük təzahürüdür. Bu gün uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır, inkişaf etdirir”.
|
Oxumaq
30.10.25
|
| |
|
|
Şəhidlərimizlə bağlı kitab çapına da hansısa formada nəzarət olmalıdır - 06.10.2025
|
"Qeyri-qanuni olaraq medal, döş nişanı təsis edərək onu müxtəlif şəxslərə təqdim edən bəzi qeyri-hökumət təşkilatlarına qarşı hüquqi çərçivədə addım atılması təqdirəlayiqdir. Çünki bu addım, QHT-nin medal təsis etməsi ilk növbədə qanunvericiliyə ziddir. Digər tərəfdən bu cür qeyri-qanuni addım atan təşkilatların qanunsuz əməllərindən çəkinmələri ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilmişdi. Xəbərdarlıqdan nəticə çıxarmayan təşkilatlara qarşı hüquqi çərçivədə addım atılması artıq zərurətə çevrildi"
|
Oxumaq
30.10.25
|
| |
|
|
Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qaladır - 02.10.2025
|
İlham İsmayılov: “Dostluq-qardaşlıq münasibətləri və strateji əməkdaşlıq heç bir media kampaniyası ilə sarsıla bilməz”
“Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri, tarixi əlaqələr və strateji əməkdaşlıq heç bir media kampaniyası ilə sarsıla bilməz. Hər hansı bir media qurumu və ya ayrı-ayrı şəxslərin iki qardaş ölkə arasında nifaq yaratmağa, münasibətləri pozmağa yönəlik cəhdləri nəticə verməyəcək. Çünki iki qardaş ölkə zaman-zaman belə fəaliyyətlərin şahidi olub və həmin pozuculuq fəaliyyətlərinə dostluq, qardaşlıq əlaqələrini daha da dərinləşdirməklə cavab verərək onları neytrallaşdırmış olub”.
|
Oxumaq
30.10.25
|
| |
|
|
|
|
|
|
Prezidentin BMT-nin sessiyalarına qatılması mühüm siyasi, diplomatik və strateji əhəmiyyət daşıyır - 24.09.2025
|
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin yerləşdiyimiz coğrafiyada yaratmış olduğu yeni reallıqlarla dünya birliyinin məlumatlandırılması, eləcə də postmüharibə dövründə işğaldan azad edilən ərazilərimizdə görülən işlər, həyata keçirilən tədbirlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir. Ümumiyyətlə, bu kimi səfərlər və dövlət başçımızın belə mötəbər tədbirlərə qatılması bir sıra mühüm siyasi, diplomatik və strateji əhəmiyyət daşıyır”.
|
Oxumaq
30.10.25
|
| |
|
|
Bu, Azərbaycanın haqlı mövqeyi, qətiyyətinin Kreml tərəfindən qəbul edilmıəsidir - 10.10.2025
|
"Hər ölkə liderinin bacarığı, işi deyil ki, dünyada bir-birinə əks qütbdə dayanan super güclərlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq qursun. Bunu məhz uğurlu diplomatik gedişləri, zərgər dəqiqliyi ilə müəyyən edilmiş xarici siyasət konsepsiyası ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bacarır. Son bir neçə ayda Çində, Birləşmiş Ştatlarda, ötən gün isə Tacikistanda baş tutan görüşlər dövlət başçısının kifayət qədər faydalı, ölkə maraqlarına tam uyğun olan, lazım gəldikdə isə prinsipiallıqdan çəkilməyən siyasət həyata keçirdiyini təsdiqlədi".
|
Oxumaq
30.10.25
|
| |
|
|
Antiterror tədbirləri göstərdi ki, Azərbaycan güclü və çevik orduya sahibdir - 18.09.2025
|
“2023-cü il 19 sentyabr tarixində Azərbaycan Ordusunun Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməsini şərtləndirən bir neçə amillər vardır və həmin amillər Azərbaycanı buna məcbur etdi. Belə ki, İkinci Qarabağ Müharibəsinin başa çatmasını özündə ehtiva edən 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Ancaq 2023-cü ilə qədər Qarabağda erməni separatçı silahlı dəstələri hələ də fəaliyyət göstərirdi. Paralel olaraq müntəzəm şəkildə Azərbaycan ordusuna və mülki şəxslərə qarşı təxribatlar həyata keçirilirdi. 2023-cü ilin sentyabr ayının əvvəllərində Azərbaycan əsgərləri minalanma və atəşə tutulma hadisələri nəticəsində həlak oldu.
|
Oxumaq
30.10.25
|
| |
|
|
|